Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziya Komissiyasının 2025/2026 mövsümü ilə bağlı iclası keçirilib.
Arena.az xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:
“Liman” FK, “Sabah” FK, “Şəfa” FK, “Təhsil 8” FK, “Ümid” FK, “Zaqatala” QFK.
Bununla da 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqasında çıxış edəcək klubların sayı 12 olaraq tamamlanıb.
Tam siyahı belədir:
- Araz Naxçıvan PFK
- Baku Juniors FK
- Dirçəliş FK
- Liman FK
- Neftçi PFK
- Qəbələ İK
- Sabah FK
- Sumqayıt FK
- Şəfa FK
- Təhsil 8 FK
- Ümid FK
- Zaqatala QFK