Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin həbs müddəti uzadılıb. Avtosfer.az xəbər verir ki, bu barədə region məhkəmələrinin birləşdirilmiş mətbuat xidməti məlumat yayıb. “Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi istintaq orqanının vəsatətini təmin edərək Şıxlinski Mutvalı Şahin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirini uzadıb. O, istintaq orqanları tərəfindən Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi) ilə ittiham olunur. Həbs müddəti 14 dekabr 2025-ci ilə qədər uzadılıb”, – məlumatda qeyd olunur. Xatırladaq ki, Şahin Şıxlinskinin özü də hazırda həbsdədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta