AZ

“India Today”: Nepal Prezidentinin ofisi istefa ilə bağlı yayılan xəbərləri təkzib edib

Bakı, 9 sentyabr, AZƏRTAC

Nepal Prezidenti Ram Çandra Paudel ölkədə kütləvi etirazlar fonunda yayılan xəbərlərə baxmayaraq istefa verməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “India Today” telekanalı dövlət başçısının ofisinin açıqlamasına istinadla məlumat yayıb.

Nepal hökuməti sentyabrın 4-də ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən “Facebook”, “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələrin fəaliyyətinə məhdudiyyət qoyub. Sentyabrın 8-də isə Katmandu və Nepalın digər iri şəhərlərində minlərlə nümayişçinin iştirakı ilə hökumət əleyhinə kütləvi aksiyalar başlayıb. Paytaxtda asayişi qorumaq üçün hərbçilər göndərilib, müddətsiz komendant saatı elan olunub.

Son məlumata görə, 22 nəfər həlak olub, 500-dən çox insan xəsarət alıb. Sentyabrın 9-da etirazlar fonunda hökumət sosial şəbəkələrin fəaliyyətinə qoyulan qadağanı aradan qaldırıb. Nepalın Baş naziri Şarma Oli istefa verib və bu qərarı prezident qəbul edib.

Seçilən
38
azertag.az

1Mənbələr