AZ

Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəmər partladılıb

Sentyabrın 8-də Rusiyanın Saratov vilayətinin Krasnoarmeyskiy rayonunda magistral neft kəmərində güclü partlayış baş verib...

APA xəbər verir ki, bu barədə RBK-Ukrayna mənbələrə istinadən məlumat yayıb.

Partlayış nəticəsində Rusiya ordusunu neft məhsulları ilə təmin edən "Kuybışev-Lisiçansk" magistral neft kəməri sıradan çıxarılıb.

Mənbələrin sözlərinə görə, bu, Rusiyanın yalnız son bir gündə sıradan çıxmış üçüncü neft-qaz infrastruktur obyektidir. Daha əvvəl Rusiya Federasiyasının Penza bölgəsində qaz və neft boru kəmərlərində partlayışların olduğu bildirilib.

Poliqon.info

Seçilən
39
4
poliqon.info

6Mənbələr