AZ

Qlobal Sumud Donanmasına dron hücumu edildi

Qlobal Sumud Donanmasına dron hücumu edildi

Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə Xüsusi Məruzəçisi Franceska Albanese İsrail blokadasını qırmaq məqsədilə Qəzzəyə doğru hərəkət edən Qlobal Sumud Donanmasının əsas gəmisinə Tunis limanında dron hücumu edildiyini açıqlayıb.

Albanese X sosial media platformasında 31 avqustda İspaniyadan yola çıxan və İsrail blokadasını qırmaq məqsədli Qlobal Sumud Donanması ilə bağlı açıqlama verib.

Tunis limanında donanmanın əsas gəmisinə dron hücumu edildiyini bildirən Albanese limana doğru hərəkət edən digər iki gəmiyə təcili qoruma tədbirinin lazım olduğunu qeyd edib.

44-dən çox ölkənin dəstəyi ilə Fələstinlə həmrəylik göstərmək və İsrail blokadasını qırmaq məqsədilə təşkil edilən Qlobal Sumud Donanmasının Tunis deklarasiyası icra üzvü Vail Nevvar sosial media hesabından canlı yayımda İspaniyadan gələn gəmilərdən birinə dron hücumu edildiyini bildirib.

Liman ərazisində təhlükəsizlik tədbirləri həyata keçirən qüvvələr limanı avtomobil və insan girişinə bağlayıb.

Hücuma dair Tunis hakimiyyətindən hələlik heç bir açıqlama verilməyib.

Seçilən
17
afn.az

1Mənbələr