Ötən gecə naməlum şəxslər Parisdə bir neçə məscidin qapısına donuz başları atıblar.
Yenisabah.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Paris polisinin rəhbəri Loran Nunet sentyabrın 9-da səhər saatlarında Parisdəki bir neçə məscidin qarşısında donuz başlarının tapıldığını açıqlayıb: pizza mizza
"Dərhal istintaq başladılıb. Bu iyrənc hərəkətləri törədənlərin müəyyən edilməsi üçün lazım olan hər şey edilir", - o, qeyd edib.
Bildirilir ki, kəsilmiş donuz başlarından birinin üzərinə "Makron" yazılıb.
Fransanın daxili işlər naziri Bruno Retaillo baş verənləri “iyrənc təxribat” adlandırıb və Fransa müsəlmanlarına dəstək ifadə edib./"Unikal"
Telegram kanalımız