AZ

Egey dənizində 5,1 bal gücündə zəlzələ baş verib

Egey dənizində 5,1 bal gücündə zəlzələ baş verib

Egey dənizində Bakı vaxtı ilə saat 01:27-də 5,1 bal gücündə zəlzələ baş verib.

Fəlakət və Təcili Halların İdarə Olunması Nazirliyinin (AFAD) rəsmi saytında yer alan məlumatlara görə, episentri Egey dənizi olan 5,1 bal gücündə sarsıntı qeydə alınıb.

İzmirin Çeşmə rayonuna 183,07 kilometr məsafədə baş verən zəlzələnin yerin 7 kilometr dərinliyində meydana gəldiyi müəyyən edilib.

Afina Geodinamika İnstitutunun məlumatına görə, episentri Eğriboz adası olan sarsıntı Yunanıstanın paytaxtı Afinada da güclü hiss olunub.

Seçilən
59
afn.az

1Mənbələr