AZ

Qazaxıstanlı ekspert Mərkəzi Asiya üçün xüsusi statusun verilməsinin vacibliyindən danışıb

Bakı. Trend:

Regional və qlobal ticarət üçün yüksək strateji əhəmiyyətə malikolan Mərkəzi Asiya kimi regionlara xüsusi status verilməlidir.

Trend xəbər verirki, bunu Avrasiya Elmi-Tədqiqat İnstitutunun baş tədqiqatçısıDauren Aben “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-ininstitusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə”adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cüsessiyasında çıxışı zamanı söyləyib.

“O tranzit və nəqliyyat qovşaqlarının fasiləsiz fəaliyyəti bütüntərəflərin maraqlarına cavab verir. Bu baxımdan, belə regionlarınstatusu və fəaliyyət rejimi barədə beynəlxalq sazişin bağlanması,habelə onlara hüquqi cəhətdən icbari təhlükəsizlik təminatlarınınverilməsi məqsədəuyğundur”, - deyə o qeyd edib.

Aben əlavə edib ki, belə bir saziş quru transkontinentalmarşrutların bloklanmasının qarşısını almağa və rəqabət deyil,əməkdaşlıq mühitinin formalaşmasına imkan vermiş olardı.

“Yaşıl" transformasiyaya gəldikdə isə, bu, artıq seçim məsələsideyil, zərurətdir və təchizat zəncirlərini köklü şəkildə dəyişir.Ən böyük bazarların karbonsuzlaşdırılması məqsədləri asiyalıixracatçıları istehsal və logistikaya yenidən nəzər salmağa məcburedir.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi,karbon emissiyalarının azalması və ekoloji idarəetmənin güclənməsifonunda biz tədarük zəncirlərinin bütün mərhələlərində dayanıqlılıqprinsiplərini tətbiq etməliyik”, - deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
43
az.trend.az

1Mənbələr