AZ

“Fənərbağça”nın yeni baş məşqçisi bəlli olub

Bakı, 9 sentyabr, AZƏRTAC

Türkiyənin "Fənərbağça" komandasının yeni baş məşqçisi bəlli olub.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Domeniko Tedesko ilə anlaşıb.

İddiaya görə, italiyalı mütəxəssis bu gün İstanbula gələrək, yeni komandası ilə 2027-ci ilin yayınadək müqavilə imzalayacaq.

Qeyd edək ki, 39 yaşlı məşqçinin son iş yeri Belçika millisi olub. O, daha əvvəl Almaniyanın “Şalke”, “Leypsiq”, Rusiyanın “Spartak” (Moskva) klublarına da başçılıq edib.

Seçilən
36
4
azertag.az

2Mənbələr