AZ

ÇL: “Araz”ın əsas mərhələdəki oyunlarının təqvimi bilindi

UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın 7-ci qrupda keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu qrupun oyunları Rumıniyada keçiriləcək. Azərbaycan çempionu bu mərhələdə Rumıniyanın “Yunayted Qalati”, Lüksemburqun “Differdanj” və Niderlandın “Tigers Roermond” komandaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, Naxçıvan klubu UEFA Çempionlar Liqasında mübarizəyə ilkin mərhələdən start verib. Komandamız qrup mərhələsi çərçivəsində “Lyuti Krayişniçi” (Avstriya), “Sparta Belfast” (Şimali İrlandiya) və “Saltiers” (Şotlandiya) kollektivləri ilə oyunlarda qazandığı ardıcıl qələbələr sayəsində ÇL-in əsas mərhələsində iştirak hüququna yiyələnib.

Araz-Naxçıvan – Yunayted Qalati (Rumıniya)
29 oktyabr. Sala Sporturilor Dunarea. Saat 22:00

Araz-Naxçıvan – Differdanj (Lüksemburq)
30 oktyabr. Sala Sporturilor Dunarea. Saat 19:00

Tigers Roermond (Niderland) – Araz-Naxçıvan
1 noyabr. Sala Sporturilor Dunarea. Saat 18:00

error: Məzmun qorunur!
Seçilən
16
2
arena.az

10Mənbələr