AZ

Daha bir Azərbaycan millisi ağır məğlubiyyətlə üzləşdi

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün "Slovenia Nations Cup" turnirində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandasına böyük hesabla uduzub.

"Çatej" stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.  

Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində eyni - 2:1 hesablı qələbə qazanıb.

Seçilən
27
1
fanat.az

10Mənbələr