AZ

"COP29-un ənənəsi COP30-da davam etdiriləcək" - QHT sədri

"Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən iqlim tədbirində plenar müzakirələr zamanı dövlətlər, beynəlxalq qurumların nümayəndələri və maraqlı tərəflər iqlim çağırışları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Onun sözlərinə görə, çıxışlarda beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı, Afrikanın öncülük edəcəyi həll yollarının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

"COP30-un müəyyən edilmiş sədri A.K. Laqo Afrikanın çağırışlarını diqqətdə saxladığına görə COP29 sədrliyini təşəkkür edərək, COP29 Sədrliyinin Afrika qitəsinin çağırışlarına xüsusi diqqət yetirilməsi ənənəsinin COP30 Sədrliyi tərəfindən davam etdiriləcəyini bildirib. Efiopiyanın planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib".

 

Pərvanə Fərhadqızı

Seçilən
98
qht.az

1Mənbələr