AZ

Yuxunu yaxşılaşdırmağa kömək edən içki budur

Çobanyastığı çayı yuxusuzluğu aradan qaldırmağa və sağlamlığı yaxşılaşdırmağa kömək edən yumşaq təbii sakitləşdirici hesab olunur.

Editor.az Daily Mirror-a istinadla xəbər verir ki, bunu amerikalı diyetoloq Beth Chervony deyib.

Mütəxəssislərin fikrincə, optimal yuxu effekti üçün yatmazdan əvvəl bir fincan çobanyastığı çayı kifayətdir. Bu bitki narahatlığı azaldan və rahatlamağa kömək edən təbii birləşmə olan apigenin ehtiva edir. Çervoni çobanyastığının yuxu keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, tərkibindəki digər bioloji aktiv maddələr sayəsində müalicəvi təsirə malik olduğunu bildirib. Bitkinin tərkibində hüceyrələri zədələnmədən qoruyan flavonoidlər, təbii antioksidantlar var.

Diyetoloq belə deyib: “Çobanyastığın tərkibindəki terpenoidlər immunitet sistemini dəstəkləyir və iltihab əleyhinə xüsusiyyətlərə malikdir, kumarinlər isə qan dövranını yaxşılaşdırır və təzyiqi idarə etməyə kömək edir. Çobanyastığı qaraciyərə də qoruyucu təsir göstərir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr