AZ

Vaşinqtonda sülh sazişinin paraflanması dövlətimizin prosesə yanaşmasındakı prinsipial mövqeyini göstərir – Rizvan Nəbiyev

Bakı. Trend:

Vaşinqtonda Ermənistanla sülh sazişinin məhz paraflanmasıdövlətimizin sülh prosesinə yanaşmasındakı prinsipial mövqeyinigöstərir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentinnövbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqtonrazılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyintəntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin məharətlidiplomatiyası sayəsində Ermənistan Konstitusiyasına dəyişiklikməsələsinin beynəlliləşdirilməsinə nail olundu:

“İndiyəqədər ikitərəfli danışıqlar predmeti olan bu məsələVaşinqton Birgə bəyanatında əks olundu. Bu şərt indiki və gələcəkErmənistan hökumətinin qarşısında diplomatik dilin imkan verdiyiqətiyyətlə, “sazişin imzalanması və ratifikasiyası” üçün “əlavətədbirlərin görülməsi”nə “ehtiyac/zərurət” kimi qoyuldu”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin diplomatiksəyləri nəticəsində Minsk Qrupunun həmsədr dövləti ABŞ, PrezidentTramp səviyyəsində bu qərarın qəbulu üçün ATƏT-ə ünvanlanançağırışa qoşuldu:

“Cəmi 3 həftə sonra, üç kontinent, Şimali Amerika, Avropa vəAsiyadan olan 57 ATƏT üzü dövlət yekdilliklə bu qərarıdəstəklədilər. Başqa sözlə, Azərbaycan əsgərinin 2020-ci ilsentyabrın 27-də ön cəbhədə, Füzulidəki səngərdə başladığı prosesi,Müzəffər Ali Baş Komandan, Prezident Əliyev Helsinki və Vyanadakıdiplomatik müstəvidə rəsmiləşdirməyə müvəffəq oldu. Nəticədə1988-ci ildən bəri siyasi leksikona pərçim edilən“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” məhz onunlaməşğul olmaq mandatı olan ATƏT platformasında de-jure bitdi”.

O xatırladıb ki, Vaşinqton Birgə bəyanatında Prezident İlhamƏliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavıarasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipialmövqeyi də əksini tapıb. Bu mənada Vaşinqton Birgə bəyanatınıZəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd də hesab etməkolar.

Deputat əlavə edib ki, Vaşinqtonda paraflanmış sülh sazişininbirinci maddəsində Ermənistan və Azərbaycan bir-birinin ərazibütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığınıtanıyır.

“Əsas hüquqi məqam odur ki, bu tanıma keçmiş sovetrespublikaları arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərinbeynəlxalq sərhədləri kimi qəbul olunması prinsipinə əsaslanır. Buisə Ermənistan hökumətinin əvvəllər irəli sürdüyü “Dağlıq Qarabağınstatus” və ərazi iddialarının beynəlxalq hüquqa zidd olduğunutəsdiqləyir. Beləliklə, Qarabağın həm sovet, həm də müstəqillikdövründə Azərbaycanın ərazisi olması faktı Ermənistan tərəfindənbeynəlxalq sənədlə rəsmən qəbul edilir. Saziş, eyni zamanda, indikivə gələcək ərazi iddialarından imtinanı ehtiva edir”, - deyəR.Nəbiyev fikrini tamamlayıb.

Seçilən
50
az.trend.az

1Mənbələr