ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 sentyabr, AZƏRTAC
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” klubunun 7-ci qrupda keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu qrupun qarşılaşmaları Rumıniyada təşkil olunacaq.
Bölgə təmsilçisi ilk görüşünü oktyabrın 29-da ev sahibi komanda “Yunayted Qalati”yə qarşı keçirəcək.
UEFA Çempionlar Liqası, əsas mərhələ
29 oktyabr
22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya)
30 oktyabr
19:00. “Araz-Naxçıvan” – “Differdanj” (Lüksemburq)
1 noyabr
18:00. “Tayqers Rormund” (Niderland) – “Araz-Naxçıvan”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.