AZ

Yatmazdan əvvəl edilən dəri baxımında 5 səhv

Gecə edilən dəri baxımı sağlam, parlaq və gənc görünən dəri üçün çox vacibdir...

Lakin mütəxəssislər insanların tez-tez bilmədən bu prosesi zədələyən səhvlərə yol verdiyini bildirirlər.

Pravda.az xatırladır ki, bu səhvlər dəridə quruluq, sızanaq, vaxtından əvvəl qocalma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər.

Dermatoloqların diqqət çəkdiyi 5 geniş yayılmış səhv:

Makyajla yatmaq: Gözənəkləri tıxayaraq dəriyə nəfəs almağa imkan vermir.

Uyğun olmayan məhsullar seçmək: Hər dəri tipi üçün düzgün olmayan kremlər balansı poza bilər.

Üzü yuyub təmizləmədən krem çəkmək: Gün boyu yığılan kir və yağ təmizlənmədikdə məhsullar təsirsiz olur.

Həddindən artıq məhsul istifadə etmək: Çox məhsul qarışdırmaq dəri baryerini zəiflədə bilər.

Yastıq üzünü tez-tez dəyişməmək: Çirkli üzlüklər bakteriyaların dəriyə keçməsinə və sızanaqlara səbəb olur.

Mütəxəssislər vurğulayır ki, gecə baxımında sadəlik, düzgün məhsul seçimi və gigiyena əsas şərtlərdəndir.

Poliqon.info

Seçilən
34
1
poliqon.info

2Mənbələr