AZ

"Santos" Neymarın süni örtüklü stadionlarda oynamasına icazə verməyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliya təmsilçisi "Santos" klubu komandanın ulduz futbolçusu Neymarın süni örtüklü meydançaya çıxmasına qadağa qoyub.
Oxu.Az xəbər verir ki, klub rəhbərliyi bu qərarı futbolçunun sağlamlığını qorumaq məqsədilə verib.
Belə ki, süni örtüklü stadionlarda oyun zamanı yıxılmaların oynaqlarda və diz nahiyəsində kəskin ağrılar yaratdığı, bunun isə Neymar üçün zədələnmə riskini artırdığı bildirilir.
Hazırda Neymar bərpa prosesi ilə yanaşı, mövsüm ərzində komandasına maksimum fayda verməyə çalışır. Ulduz futbolçu bu mövsüm "Santos" forması ilə bütün turnirlərdə 20 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Neymarın süni örtüklü stadionlarda çıxış etməməsi qərarı, həm klubun, həm də futbolçunun tibbi heyətinin ortaq məsləhəti ilə verilib və bu mövsüm üçün qüvvədə qalacaq.
Seçilən
69
14
oxu.az

10Mənbələr