Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci matçına çıxacaq.
Milli.Az xəbər verir ki, Ukrayna millisi ilə qarşılaşma saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq.
Oyunun baş hakimi yunanıstanlı FIFA referisi Vassilis Fotiasdır.
Qeyd edək ki, milli komandanmızı qarşılaşmaya ağır İslaniya məğlubiyyəti (0:5) sonrası istefaya göndərilən Fernandu Santuşun əvəzinə Ayxan Abbasov çıxaracaq.
DÇ-2026
Seçmə mərhələ, D qrupu
9 sentyabr
Azərbaycan - Ukrayna
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos(Hakimlər briqadası Yunanıstandandır)
Hüseyn
Milli.Az