AZ

iPhone 16 yaşlı qızın həyatını xilas etdi FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

16 yaşlı qız iPhone sayəsində ölümdən dönüb.

Milli.Az xəbər verir ki, ABŞ-nin Pensilvaniya ştatında 16 yaşlı Linzi Leskovak sükan arxasında yuxuya gedərək ağır qəza keçirib. Onun həyatını isə iPhone-un "Crash Detection" ( qəza aşkarlama ) sistemi xilas edib.

Avqustun 2-də rəfiqəsini evinə apardıqdan sonra sükan arxasında yuxulayan gənc qız avtomobilini dirəyə çırpıb. Nəticədə maşın tamamilə yararsız hala düşüb, Linzi isə huşsuz vəziyyətdə içəridə qalıb. Telefon qəzanı qeydə alaraq avtomatik şəkildə 911-ə zəng edib və qəzanın yerini təcili yardıma göndərib.

"Apple"ın iPhone 14 və sonrakı modellərində mövcud olan bu funksiya güclü toqquşmaları aşkarlayır, əvvəlcə uca səslə siqnal verir, cavab olmayanda isə 30 saniyə sonra avtomatik olaraq yardım çağırır.

Linzi qəzadan ağır yaralarla qurtula bilib. Anası bildirib ki, əgər "iPhone"un köməyi olmasaydı, qızı qan itkisindən ölə bilərdi.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
news.milli.az

10Mənbələr