AZ

"Nüvə enerjisi olmadan bu hədəflərə çatmaq mümkün deyil"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının nəticələrinə dair keçirilən brifinqdə mühüm açıqlamalarla çıxış edib. Türkiyə lideri bəyan edib ki, ölkəsinin 2053-cü ilə qədər elan etdiyi inkişaf hədəflərinə nüvə enerjisindən istifadə etmədən çatmaq mümkün deyil. "4 800 MVt gücündə “Akkuyu” AES-in istifadəyə verilməsi ölkəmizin enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq."

Prezidentin sözlərinə görə, Türkiyənin cənubunda Mersin vilayətində yerləşən “Akkuyu” AES 35 milyon ton zərərli maddənin atmosferə atılmasının qarşısını alacaq, nüvə stansiyasının fəaliyyətinin Türkiyə ÜDM-inə müsbət töhfəsi isə 50 milyard dollara çatacaq.

Mətləb Salahov

Seçilən
15
4
baki-xeber.com

6Mənbələr