AZ

Demokrat konqresmenlər Trampın Epşteynə təbrik məktubunu dərc etdilər  

Konqresdəki Demokratlar ABŞ-ın hazırkı prezidenti Donald Trampın Ceffri Epşteynə yazdığı təbrik məktubunu dərc ediblər.

Musavat.com xəbər verir ki, çılpaq qadın rəsmi ilə bəzədilən məktubda Tramp Epşteynə aralarındakı “sirrlərdən” bəhs edir.

Məktubu ABŞ Konqresinin Nümayəndələr Palatasının ABŞ Ədliyyə Nazirliyindən Epsteyn işi üzrə istintaqla bağlı materiallar alan  Nəzarət və Hesablama Komissiyasının üzvləri olan demokratlar dərc ediblər: "Biz Trampın Ceffri Epşteynə ad günü münasibəti ilə yazdığı məktubu almışıq. Tramp belə bir məktubun olmadığını deyir. Amma həmin məktubda Tramp yazır ki, ikisi arasında "əcaib sirr" var. O, nəyi gizlədir? Epşteyn işi üzrə sənədləri açın"!.

Qeyd edək ki, Tramp dəfələrlə yuxarıda adı çəkilən çılpaq qadın təsviri olan məktubla heç bir əlaqəsi olmadığını bildirib. İyul ayında ABŞ prezidenti “The Wall Street Journal”da (WSJ) məktubu imzaladığını iddia edən məqaləyə görə diffamasiya iddiası qaldırıb. İş üzrə müttəhimlər media maqnat Rupert Merdok və onun WSJ-nin sahibi olan News Corporation media holdinqidir.

Nəşr təbrik məktubunun Epsteynin 50 illik yubileyi üçün hazırlanmış albomun bir hissəsi olduğunu iddia edib. Demokratların dərc etdiyi məktubda deyilir: "Dostum, bu, çox əladır. Ad günün mübarək və qoy hər gün başqa bir gözəl sirr olsun".

Musavat.com

 

Seçilən
38
28
musavat.com

10Mənbələr