AZ

ABŞ dezinformasiyaya qarşı birgə mübarizə təşəbbüslərində iştirakını dayandırır

ABŞ administrasiyası Avropa ölkələrinə xəbərdarlıq edib ki, digər dövlətlərin yaydığı dezinformasiyaya qarşı birgə mübarizə təşəbbüslərində iştirakını dayandırır.

 

Bu barədə "Financial Times" qəzeti üç avropalı rəsmiyə istinadla məlumat yayıb.

 

Məlumata görə, ötən həftə ABŞ Dövlət Departamenti Avropa İttifaqı ölkələrinə memorandumların ləğvi ilə bağlı bildiriş göndərib.

 

Həmin sənədlər keçmiş prezident Co Baydenin administrasiyası dövründə imzalanmışdı. Qəzetin yazdığına görə, memorandumların məqsədi xarici dövlətlərin xaos yaratmaq məqsədilə yaydığı zərərli informasiyaların müəyyən olunması və ifşası üçün razılaşdırılmış yanaşma formalaşdırmaq idi.

 

APA

Tarix: 9 Sentyabr 2025, 07:57   
Seçilən
11
3
pravda.az

4Mənbələr