Rusiya Prezidenti Vladimir Putin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu “İgidliyə görə” ordeni ilə təltif edib.
Axar.az xəbər verir ki, Putinin bununla bağlı imzaladığı sərəncamda qeyd olunur:
“Hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə ordu generalı Valeri Vasilyeviç Gerasimov “İgidliyə görə” ordeni ilə təltif edilsin”.