AZ

Nazim Bəykişiyev vəfat etdi

Azərbaycanın xalq rəssamı Nazim Bəykişiyev vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə rəssamın yaxınları sosial mediada məlumat yayıblar.

Xatırladaq ki, Nazim Bəykişiyev 1948-ci ildə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləyib. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışıb.

2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı idi. O, burada bir sıra səhnə əsərlərinə bədii tərtibat verib. Bakı Dövlət Şəkil Qalereyasında, Orcenikidze şəhər Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında rəssam, baş rəssam vəzifələrində çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrında baş rəssam kimi fəaliyyət göstərib. 2002-ci ildə əməkdar rəssam, 2007-ci ildə xalq rəssamı adını alıb.

Seçilən
54
7
konkret.az

10Mənbələr