İsrail ordusunun yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı quru əməliyyatını başlatacağı elan edilib,yerli sakinlərdən dərhal oranı tərk etmələri tələb olunur.Bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.
O qeyd edib ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzza şəhərində bir neçə çoxmərtəbəli binanı dağıdıb və bunun yalnız giriş hissəsi olduğunu vurğulayıb:
“Bütün bunlar yalnız bir girişdir. İndi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində icra edəcəyi quru manevr əsas hərəkətdir. Bu baxımdan sizi xəbərdar edirəm: Diqqətlə dinləyin — sizə xəbərdarlıq edilib, oradan çıxın!”