AZ

Argentina səfiri Rusiya XİN-ə çağırıldı

Argentina səfiri Enrike İqnasio Ferrer Vieyra Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilir ki, buna səbəb ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriçin səsləndirdiyi anti-Rusiya bəyanatlarıdır. Diplomatdan Argentina tərəfinin izahat verməsi tələb edilib.

Bullriçin Moskvanın bu ölkənin prezident sarayında telefonların dinlənilməsində əli olması ilə bağlı dedikləri qəti şəkildə rədd edilib.

Seçilən
68
2
publika.az

4Mənbələr