AZ

Dövlət icbari şəxsi sığorta xərcləri üzrə ilk dəfə 22,5 milyon manat xərclənib

BAKI, 8 sentyabr. TELEQRAF

Bu ilin 6 ayında dövlət büdcəsindən ilk dəfə ödənilən sığorta haqları üzrə 22,5 milyon manat xərclənib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub.

Bildirilib ki, sözügedən məbləğ müvafiq bölmə üzrə təsdiq olunmuş 51 milyon manatlıq illik proqnozun 44,1 faizini təşkil edir.

Qeyd edək ki, bu xərclər dövlət qulluqçuları, hüquq-mühafizə orqanları əməkdaşları və digər kateqoriyalara aid olan şəxslərin icbari şəxsi sığortasının təmin olunmasına yönəldilib.

Seçilən
50
teleqraf.com

1Mənbələr