AZ

Azərbaycanda 10 bankın istehlak kredit portfeli 10%-dən çox böyüyüb

2025-ci ilin birinci yarımilində Azərbaycanda istehlak kredit portfelini ən çox artıran bankların adları məlum olub.

Bankların 30 iyun 2025-ci il tarixinə olan maliyyə hesabatlarına əsasən, istehlak kredit portfelinin artım dinamikasına görə ilk sırada “Ziraat Bank Azərbaycan” ASC qərarlaşıb. Bankın portfeli 10 milyon 706 min manat artaraq 3 dəfə yüksəlib.

İkinci yerdə “PAŞA Bank” ASC gəlir – 34 milyon 783 min manat artımla 38,5%.

“Bank BTB” ASC 9 milyon 254 min manat artımla (27,8%) üçüncü, “TuranBank” ASC isə 35 milyon 533 min manat artımla (22,7%) dördüncü olub.

Növbəti yerlərdə “AFB Bank” ASC 4 milyon 818 min manat artımla (22,1%), “Bank Avrasiya” ASC 2 milyon 662 min manat artımla (18,3%) və “Yapı Kredi Bank Azərbaycan” QSC 12 milyon 603 min manat artımla (15,4%) qərarlaşıb.

Siyahıda, həmçinin, “Rabitəbank” ASC (35 milyon 988 min manat artımla 12,3%), “AccessBank” QSC (26 milyon 819 min manat artımla 11,2%) və “Yelo Bank” ASC (29 milyon 363 min manat artımla 11,1%) yer alıb.

Seçilən
35
1
fed.az

4Mənbələr