AZ

Pezeşkian BMT iclasında iştirak edəcək

Bakı. Trend:

23-30 sentyabr aralığında İran prezidenti Məsud PezeşkianNyu-Yorkda BMT-nin yaradılmasının 80 illiyinə həsr olunan iclasındaiştirak edəcək.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, BMT BaşAssambleyasının sammitindən beynəlxalq səviyyədə İranın mövqeyininbəyan olunması üçün istifadə olunacaq.

Bəqai bildirib ki, İran prezidentinin səfər proqramınındetalları sonradan elan olunacaq. Xarici İşlər Nazirliyi BMT-dəkinümayəndəliyi vasitəsi ilə lazımi koordinasiya işlərini həyatakeçirib.

Məqalədə:
Seçilən
79
az.trend.az

1Mənbələr