AZ

Bankın şok tələbı: Vəfat edən qazinin kredit borcu anasından istənildi

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Şirvan şəhərində vəfat etmiş qazi Səbuhi Məmmədovun 1200 AZN-lik kredit borcu “Bank of Baku” tərəfindən onun anasından tələb olunub. Səbuhinin anası bank tərəfindən çağırılıb və ona oğlunun borcunu ödəməsi bildirilmişdir.

Hadisənin daha təəccüblü tərəfi isə bank əməkdaşının söylədiyi sözlər olub:

“Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat eləməsin.”

Bizimyol.ino məsələ ilə bağlı bankın mətbuat xidməti ilə əlaqə saxlanılıb, lakin bankdan bildirilib ki, qanunvericiliyə görə müştəri məlumatları bank sirri sayılır və bu səbəbdən heç bir açıqlama vermək mümkün deyil.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
bizimyol.info

2Mənbələr