AZ

74 yaşlı Hale Soygazi illərə meydan oxuyur

74 yaşlı Hale Soygazi illərə meydan oxuyurTürk kinosunun unudulmaz simalarından olan Hale Soygazi, aradan keçən illərə baxmayaraq gözəlliyi və zərifliyi ilə gündəmdə qalmağı bacarır.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gənc yaşda sənət dünyasına qədəm qoyan və yaddaşlarda dərin iz buraxan Soygazi, bu gün 74 yaşında olsa da, hələ də heyranlıq doğuran görünüşü ilə diqqət çəkir.

Uzun müddətdir ekranlardan uzaq həyat sürən sənətçi, zaman-zaman kameralara yansıyan görüntüləri ilə hələ də fit və baxımlı olduğunu nümayiş etdirir. Son günlərdə Gayretepede görüntülənən Soygazi, yaxınlarda tətilə getdiyini və bəlkə də sentyabr ayında yenidən istirahət planlaşdırdığını bildirib. "Bu dəfə bürünərək qayıda bilərəm", – deyə zarafat edən Soygazi, pozitiv enerjisi ilə ətrafına şənlik saçıb.

Onun illərə meydan oxuyan görünüşü isə təsadüfi deyil. Aktrisa qidalanmasına xüsusi diqqət yetirdiyini, emal olunmuş məhsullardan uzaq durduğunu, daha çox tərəvəz, meyvə və təbii qidalarla bəsləndiyini vurğulayıb. İdman da həyatının ayrılmaz hissəsidir. O, pilates və müntəzəm gəzintilər sayəsində həm fiziki, həm də zehni sağlamlığını qoruduğunu deyib.

Seçilən
49
sonxeber.az

1Mənbələr