AZ

İsrail həlledici əməliyyatdan əvvəl HƏMAS-a mesaj göndərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün Qəzza şəhərinin səmasını güclü qasırğa vuracaq və terror qüllələrinin damları uçacaq. Bu, hazırda Qəzzada və xaricdə lüks hotellərdə yaşayan HƏMAS rəhbərliyinə sonuncu xəbərdarlıqdır".
Oxu.Az xəbər verir ki, bu sözləri özünün "X" hesabında Qəzzada həlledici əməliyyat barədə anons verən İsrailin müdafiə naziri İsrael Kats yazıb.
İ.Kats HƏMAS-dan girovları azad etməyi və silahları yerə qoymağı tələb edib.
"Yoxsa Qəzza və siz məhv ediləcəksiniz. İsrail ordusu planlaşdırıldığı kimi Qəzzanı qətiyyətlə məğlub etmək üçün manevrlərini genişləndirməyə hazırlaşır", - deyə İ.Kats qeyd edib.
Seçilən
99
50
oxu.az

10Mənbələr