AZ

MOK-un vitse-prezidenti: "Azərbaycanda növbəti idman bayramıdır"

"Azərbaycanda növbəti idman bayramıdır".

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK rəsmisi 2026-cı ildə SportAccord Dünya İdman və Biznes Sammitinin Bakıda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: "Bu həqiqətən böyük tədbirdir. Dəfələrlə bu tədbirlərə qatılmışam. Vacib qərarlar verilib. SportAccordun rəhbərliyinə təşəkkür edirik. Azərbaycan idman ölkəsidir. Bu tədbirin də yaxşı təşkil olunacağına inanırıq".

İdman.biz

Seçilən
38
1
idman.biz

2Mənbələr