AZ

Həbsdə olan məşhur iş adamından xəbər var

"AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, "Ailə TV”, "Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Publika.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.

Qeyd: Məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək 2024-cü ilin aprelində həbs olunub.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F.Allahverdiyevin keçmiş həyat yoldaşı G.Allahverdiyevadır. Əvvəllər "Azərreyl” voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva deyib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.

Seçilən
18
8
publika.az

10Mənbələr