AZ

Eyyub Kərimli: “Yas mərasimlərinə sərf olunan vəsait ailə büdcəsinin matəminə çevrilir”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli açıqlamasında Azərbaycanda yas mərasimlərinə çəkilən xərclərin ailələr üçün ciddi maddi yükə çevrildiyini bildirib.

QHT.az xəbər verir ki, ekspertin sözlərinə görə, bir ailə yaxınını itirdikdə, sadəcə dəfn prosesi və yas mərasimləri 40 gün ərzində 18-20 min manata qədər xərc tələb edir:

  • Cənazənin yuyulması, kəfən, dəfn maşını və qəbir qazılması – 1000-1500 AZN
  •  Qəbir yeri (şəhərdən kənarda) – 2500-3000 AZN
  •  Dəfn günündə evə gələnlər üçün çay və yüngül xərclər – 300-500 AZN
  •  3 və 7 mərasimləri – mərasim evində bir nəfər üçün 20-25 AZN x 300 nəfər = 6000 AZN
  •  Molla (qadın və kişi) – 500 AZN
  •  40-a qədər cümə axşamları – 1250 AZN
  •  40 mərasimi – 25 AZN x 200 nəfər = 5000 AZN
  •  Başdaşı – 1500 AZN

“Bütün bunların nəticəsində, qəfil baş verən bir itki ailəni həm mənəvi, həm də maddi baxımdan sarsıdır. Yas mərasimləri çox vaxt mərhumun ruhuna deyil, ailələrin büdcəsinə ağır yük olur” – deyə Eyyub Kərimli vurğulayıb.

Ekspert hesab edir ki, mərhumun əbədi rəhməti üçün xərclənən bu qədər vəsaiti imkansız uşaqların təhsilinə və ya ağır xəstələrin müalicəsinə yönəltmək daha böyük savab olar.

Eyyub Kərimli əlavə edib ki, mərasim evlərində verilən ehsanın maya dəyəri 20 manatdan çox olmasa da, hər mərasimdən 2-3 min, ümumilikdə isə ay ərzində 40-60 min manat qazanc əldə edilir.

O, həmçinin dövlətin bu sahədə addım atmasının vacibliyini bildirib:

“Böyük qəbirstanlıqlar hazırlanmalı və vətəndaşlarımız ödənişsiz təmin edilməlidir. Əks halda, ailələrin yas adı ilə üzərinə əlavə yük qoyulması davam edəcək. Gəlin yaxşı düşünək: mərhum üçün daha savab nədir?”

 

Pərvanə Fərhadqızı

Seçilən
64
qht.az

1Mənbələr