AZ

Valentin Atanqana 25 milyon avroya “Əl-Əhli”yə keçdi

Fransanın “Reyms” klubunun dayaq yarımmüdafiəçisi Valentin Atanqana bundan sonra “Əl-Əhli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Əl-Əhli” bu transfer üçün Liqa 1 təmsilçisinə 25 milyon avro ödəyib. 20 yaşlı fransalı futbolçu yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Valentin Atanqana “Reyms”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 88 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Fransalı futbolçu ilk dəfə fərqli bir klubun formasını geyinəcək.

Atanqana Fransanın U-17, U-18, U-19, U-20 yığmalarında forma geyinib, hazırda isə U-21-də çıxış edir.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
40
2
arena.az

3Mənbələr