ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Real"ın və Fransa millisinin futbolçusu Kilian Mbappe "Qızıl Top" mükafatından danışıb.
QOL.az xəbər verir ki, o, "Telefoot" nəşrinə verdiyi açıqlamada mükafatı qazanmalı olan oyunçunun adını çəkib:
"Usman Dembele "Qızıl Top"a layiqdir. Mən onu əvvəlcədən dəstəkləmişəm. Mən qərar versəydim, mükafatı düz onun evinə gətirib verərdim".
Qeyd edək ki, Usman Dembele ötən mövsüm PSJ-nin heyətində 53 oyuna çıxaraq 35 qol vurub və 16 qolun ötürməsini edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.