AZ

Şəhərin mərkəzində irigövdəli ağac sakinlərə TƏHLÜKƏDİRVİDEO

Gövdəsi və budaqları əyilib, hər an aşma təhlükəsi var.

Xezerxeber.az xəbər verir ki, bu irigövdəli ağac Nərimanov rayonu, H. Əliyev prospekti 80/1 ünvanında yerləşən yaşayış binasının həyətində yerləşir.

Ərazidə yaşayan sakinlər narahat olduqlarını deyirlər. Onlar ağacın altından nə özləri keçə, nə də avtomobillərini park edə bilirlər.

Sakinlər güclü külək əsən zaman ağacın aşmasından ehtiyat edirlər.

Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, gələn həftənin iş günlərində əraziyə baxış keçiriləcək və təhlükənin aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
2
xezerxeber.az

3Mənbələr