Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti 80/1 ünvanında yerləşən yaşayış binasının həyətində irigövdəli ağac təhlükəli vəziyyət yaradıb.
Moderator.az xəbər verir ki, ərazidə yaşayan sakinlərin Xəzər TV-yə bildirdiyinə görə, ağacın altından nə özləri keçə, nə də avtomobillərini park edə bilirlər.
Onlar güclü külək əsən zaman ağacın aşmasından ehtiyat edirlər.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, gələn həftənin iş günlərində əraziyə baxış keçiriləcək və təhlükənin aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək.
Ətraflı süjetdə: