AZ

Nəriman Axundzadə Ukrayna ilə oyunu buraxacaq

“Qarabağ”ın formasını geyinən gənc hücumçu Nəriman Axundzadə futbol üzrə Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, hücumçu aldığı zədə səbəbindən heyətdən çıxarılıb. Baş məşqçi Fernando Santos onun əvəzində yığmaya başqa oyunçu dəvət etməyə ehtiyac duymayıb.

Qeyd edək ki, milli komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.

Millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsindəki ilk oyununda İslandiya yığması ilə qarşılaşıb. Fernando Santosun kollektivi səfər matçında biabırçı hesabla məğlub olub – 0:5. Nəriman Axundzadə həmin görüşdə 90 dəqiqə meydanda olsa da, heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməmişdi.

error: Məzmun qorunur!
Seçilən
27
9
arena.az

10Mənbələr