1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Polşanın şərqindəki Maydan-Seleç kəndi yaxınlığında pilotsuz uçuş aparatı olduğu güman edilən naməlum obyekt düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.
Obyektin yaşayış binalarından 500 m aralıda düşdüyü bildirilir. Hadisə yerinə polis və təcili xidmət əməkdaşları cəlb olunub.
Qeyd edək ki, avqustun sonunda Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının qəzaya uğraması ilə bağlı Rusiyaya etiraz notası göndərmişdi.