AZ

Tyaqo Alkantara yenidən “Barselona”nın məşqçi heyətinə qoşulur

“Barselona”nın sabiq futbolçusu Tyaqo Alkantara klubun baş məşqçisi Hans-Diter Flik ilə birgə məşqçi heyətində çalışacaq.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı Alkantara yeni vəzifəsinə artıq gələn həftədən başlayacaq.

Qeyd edək ki, 2024-cü ilin yayında Alkantara “Barselona”nın məşqçi heyətində müvəqqəti işləyib və o zaman Flik ilə yalnız bir ay çalışıb.

Futbolçu kimi Tyaqo Alkantara “Barselona” üçün 100 rəsmi oyuna çıxaraq 11 qol vurub və 19 məhsuldar ötürmə edib.

Seçilən
75
90deqiqe.az

1Mənbələr