AZ

"Erkin İbrahimovun ayrılığı gecikmiş addımdı" - "Kəpəz"lilər ümidsizdi!

“Xəmsə” fanklubunun idarə heyətinin üzvü Aqşin Əsgərov "Kəpəz"in premyer-liqadakı uğursuz nəticələrini və Erkin İbrahimovun klubdan ayrılığını şərh edib.

Onun "Football-plus.az"a açıqlaması:
“Problemlər ötən mövsümün sonundan bəri yaşanmaqdadı. Erkin İbrahimovun ayrılığı gecikmiş addımdı. Uğursuz transfer siyasətində “rolu” var. “Kəpəz”i daha əvvəl tərk etməliydi. Bu gün ümidli deyilik. Yeni transferlər, çempionata hazırlıq səviyyəsi, göstərilən oyun və nəticələr bizi qane etmir. Ötən mövsüm formalaşdırılan heyət kimlərinsə əli ilə tam dağıdıldı. Yeni qurulan komanda keyfiyyətsiz təlim-məşq toplanışı keçdi. Başverənlər hadisələrin məntiqi ardıcıllığından başqa bir şey deyil. Ümidimiz yoxdu. Nələrin yaşanacağını gözləyirik”.
KƏNAN BAHADIR
Seçilən
90
1
football-plus.az

2Mənbələr