AZ

Erkin İbrahimovun ayrılığı gecikmiş addımdı Kəpəz lilər ümidsizdi!

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Xəmsə” fanklubunun idarə heyətinin üzvü Aqşin Əsgərov "Kəpəz"in premyer-liqadakı uğursuz nəticələrini və Erkin İbrahimovun klubdan ayrılığını şərh edib.Onun "Football-plus.az"a açıqlaması:

“Problemlər ötən mövsümün sonundan bəri yaşanmaqdadı. Erkin İbrahimovun ayrılığı gecikmiş addımdı. Uğursuz transfer siyasətində “rolu” var. “Kəpəz”i daha əvvəl tərk etməliydi. Bu gün ümidli deyilik. Yeni transferlər, çempionata hazırlıq səviyyəsi, göstərilən oyun və nəticələr bizi qane etmir. Ötən mövsüm formalaşdırılan heyət kimlərinsə əli ilə tam dağıdıldı. Yeni qurulan komanda keyfiyyətsiz təlim-məşq toplanışı keçdi. Başverənlər hadisələrin məntiqi ardıcıllığından başqa bir şey deyil. Ümidimiz yoxdu. Nələrin yaşanacağını gözləyirik”.

KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
1
icma.az

2Mənbələr