Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ayın 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80%, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
10Mənbələr
-
news24.azSabahın havası AÇIQLANDI ( 21070684)
-
gundem.azYağış, şimşək, şimal-şərq küləyi - İstirahət gününün HAVASI ( 21078532)
-
azadmedia.azBazar günü yağış yağacaq, şimşək çaxacaq » AzadMedia.az ( 21077452)
-
azpost.infoBazar günü hava necə olacaq? ( 21076051)
-
7news.azSabahın hava PROQNOZU ( 21075640)
-
tribunainfo.azİstirahət gününün hava proqnozu açıqlandı ( 21075412)
-
konkret.azİstirahət gününün hava proqnozu açıqlandı KONKRET ( 21074689)
-
konkret.azİstirahət gününün hava proqnozu açıqlandı ( 21074587)
-
ikisahil.azSabahın hava proqnozu açıqlandı ( 21074344)
-
nocomment.azYağış yağacaq, şimşək çaxacaq – Sabahın HAVASI ( 21073408)