AZ

Bazar günü yağış yağacaq, şimşək çaxacaq » AzadMedia.az


Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ayın 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq
Seçilən
4
39
azadmedia.az

10Mənbələr