Bakı. Trend:
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadəkfutbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “SloveniaNations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxacaq.
Trend xəbərverir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarətkomandası ilə qarşılaşacaq. “Çatez” stadionunda keçiriləcək görüşBakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1hesablı qələbə qazanıb.