AZ

Millimiz Farer adalarına qarşı

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Çatez” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13.00-da başlanacaq.

Xatırladaq ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.

Seçilən
0
15
football-plus.az

10Mənbələr