AZ

FHN: Avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 sentyabr, AZƏRTAC

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
azertag.az

1Mənbələr