ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin adını dəyişməsini nəzərdə tutan fərman imzalayıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, fərmanla Müdafiə Nazirliyinin adı "Müharibə Nazirliyi" olaraq dəyişdirilib.
Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında Pentaqonun yenidən formalaşdırılması ilə bağlı yeni addım atdıqlarını açıqlayıb:
"Birinci Dünya Müharibəsində qalib gəldik, İkinci Dünya Müharibəsində qalib gəldik. Ondan əvvəl və sonra hər şeyi qazandıq. Daha sonra nazirliyin adını “Müdafiə Nazirliyi” olaraq dəyişdik. İndi ona Müharibə Nazirliyi deyirik”,- deyə o əlavə edib.
O bundan sonra Müdafiə naziri Pit Heqseti “Müharibə naziri” olaraq çağıracağını bildirib.
Billurə